Çempionlar Liqası: 10 komanda növbəti mərhələdə – 10 KOMANDASI İSƏ AVROLİQAYA “YOLLANDI” – NƏTİCƏLƏR

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, cavab oyunları çərçivəsində 10 matç keçirilib.

Bu oyunlardan sonra “Dandalk”, “Qarabağ”, “Rusenborq”, AİK, “Ferensvaroş”, BATE, ÇFR, “Seltik”, “Maribor” və “Sutyeska” klubları II təsnifat mərhələsinə yüksəliblər.

Məğlub olan 10 komanda isə Avropa Liqasına yollanıb.

 Qeyd edək ki, digər 6 oyun bir gün öncə baş tutub.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul

20:30. “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) – 0:0, pen.4:5
İlk oyun – 0:0
21:00. “Rusenborq” (Norveç) – “Linfild” (Şimali İrlandiya) – 4:0
Konradsen, 20, 51, David, 69, Helland, 85
İlk oyun – 2:0
21:00. “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) – 2:0
Ozobiç, 51, Kintana, 90
İlk oyun – 0:0
21:00. AIK (İsveç) – “Ararat” (Ermənistan) – 3:1
Qoitom, 46, 52, Larsson, 62 (pen.) – Kobiyalko, 77
İlk oyun – 1:2
21:30. “Lüdoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarstan) – 2:3
Terziyev, 24, Heyster, 69 (avtoqol) – Xaratin, 17, Skvarka, 21, Nquen, 48
İlk oyun – 1:2
22:00. “Pyast” (Polşa) – BATE (Belarus) – 1:2
Çervinski, 21 – Moukam, 82 (pen.), Volkov, 87
İlk oyun – 1:1
22:00. ÇFR (Kluj, Rumıniya) – “Astana” (Qazaxıstan) – 3:1
Omrani, 11, 74, Postnikov, 26 (avtoqol) – Murtazayev, 5
İlk oyun – 0:1
22:15. “Maribor” (Sloveniya) – “Valyur” (İslandiya) – 2:0
Kronaveter, 11, Tavares, 32
İlk oyun – 3:0
22:15. “Sutyeska” (Monteneqro) – “Slovan” (Slovakiya) – 1:1, pen. 3:2
Nediç, 90 – Sporar, 49
İlk oyun – 1:1
22:45. “Seltik” (Şotlandiya) – “Sarayevo” (Bosniya və Herseqovina) – 2:1
Kristi, 26, Makqreqor, 76 – Tatar, 63
İlk oyun – 3:1

Etikxeber.az

Read Previous

Nigeriya üçüncü oldu, bəs kubokun sahibi hansı ölkə olacaq?

Read Next

Çempionlar Liqasının II təsnifat mərhələsinin cütləri məlum oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir