Çempionlar Liqası: 6 cütdə mərhələ keçən komandalar – “QARABAĞ” İSƏ BU GÜN OYNAYACAQ

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Etikxeber.az məlumat verir ki, altı cütdə mərhələ keçən komanda bəlli olub.

Moldovada “Şerif”in qapısından üç cavabsız qol keçirən “Saburtalo” evdə çətinliklə üzləşib.

İlk 11 dəqiqədə üç qol buraxan Gürcüstan klubu yalnız fasilədən sonra mərhələ keçmək üçün yetərli olan topu vura bilib. “Şerif” isə Avropa Liqasına yollanıb. Tiraspolluların rəqibi “Qarabağ” (Azərbaycan) – “Partizani” (Albaniya) cütündə uduzan komanda olacaq.

“Nomme Kalyu” isə evdəki məğlubiyyətin əvəzini çıxa bilib. Estoniyalılar Makedoniyada “Şkendiya”nı üstələyiblər.

Finlandiyada böyükhesablı qələbə qazanan HİK Farer adalarında çətinliklə üzləşib. İki qol buraxan qonaqlar yalnız ikinci hissənin gedişində hesabda tarazlıq yaradıblar.

“Valletta” isə iki dəfə heç-heçə etdiyi “Düdelanj”ı səfərdə daha çox qol vurduğu üçün keçib. “Srvena Zvezda” Litvada müqavimətini qıra bilmədiyi “Suduva”nı evdə məğlub edib. TNS isə Kosovo təmsilçisi “Ferronikel”i Avropa Liqasına göndərib.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul
19:00. “Şkendiya” (Makedoniya) – “Nomme Kalyu” (Estoniya) – 1:2

İbraimi, 62 (pen.) – Uqqe, 6, Liliu, 90
İlk oyun – 1:0
21:30. “Saburtalo” (Gürcüstan) – “Şerif” (Moldova) – 1:3
Roloviç, 59 – Latifi, 3, Tambe, 8, 11
İlk oyun – 3:0
22:00. “HB Torshavn” (Farer adaları) – HİK (Finlandiya) – 2:2
Pinqel, 17, Andersen, 58 – Riski, 60, 77
İlk oyun – 0:3
22:00. “Valletta” (Malta) – “Düdelanj” (Lüksemburq) – 1:1
Fontanella, 35 – Pokar, 58
İlk oyun – 2:2
22:45. “Ferronikel” (Kosovo) – TNS (Uels) – 0:1
Ebbe, 67
İlk oyun – 2:2
22:45. “Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) – 2:1
Boakye, 4, Marin, 29 – Topçaqiç, 90
İlk oyun – 0:0

Ağdam təmsilçisisi “Qarabağ” isə bu gün  Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.

Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.

 Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər.
Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova “Şerif”i olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Partizani” görüşü saat 21:00-da başlayacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)

Baş hakim: Dumitri Muntean

Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Andrei Bodean
Dördüncü hakim: Aleksandru Tean (hamısı Moldova)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Hakim-inspektor: Uilyam Yang (Şotlandiya)

Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0

Etikxeber.az

Read Previous

Batma təhlükəsi ilə üzləşən beş xarici ölkə vətəndaşı xilas olundu

Read Next

“Yenilənmiş SSRİ…”, ilk prezident seçkiləri, 30 avqust Müstəqillik Bəyannaməsi… – SONUNCU ÇAĞIRIŞ ALİ SOVETİN ÜZVLƏRİ HARADADIR? – DÖRDÜNCÜ YAZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir