Çempionlar Liqası: III təsnifat mərhələsinin cütləri məlum oldu – İLK OYUNLAR AVQUSTUN 6-7-DƏ BAŞ TUTACAQ

Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.

Etikxeber.az xəbər verir ki, II təsnifat mərhələsinin bu gün keçirilən 5 cavab oyunundan sonra son cütlər də bəlli olub.

Avqustun 6-7-də və 13-də baş tutacaq mərhələdə 10 cüt görüşəcək. Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək.

 Azərbaycan çempionu “Qarabağ” APOEL-lə üz-üzə gələcək. İlk oyun Kiprdə, cavab matçı Bakıda baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya) – “Seltik” (Şotlandiya)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)
”Dinamo” (Xorvatiya) – “Ferensvaroş” (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu
“Başakşəhər” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) – LASK (Avstriya)
“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)

Etikxeber.az

Read Previous

Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə – 3:0 – NÖVBƏTİ RƏQİB “APOEL” OLACAQ – YENİLƏNİB – (3) – FOTOLAR

Read Next

Prezident müşavirə keçirdi: “Süni qiymət artımı müşahidə olunur” – FOTOLAR – YENİLƏNİB -(1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir