Çempionlar Liqası: III təsnifat mərhələsinin oyunları – BU GÜN

Bu gün-13 avqustda futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları keçiriləcək.

Etikxeber.az xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində 10 matç baş tutacaq.

Bunlardan altısı Çempionlar yolu, dördü Liqa yoluna təsadüf edəcək.

Qalib gələcək 10 komanda yarışın pley-off mərhələsinə yüksələcək.

Azərbaycan çempionu “Qarabağ” səfərdə 2:1 hesabı ilə məğlub etdiyi Kipr APOEL-ini qəbul edəcək. Ağdam klubunun potensial rəqibləri də cavab matçlarını keçirəcək.

Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, “Ayaks” – PAOK cütünün qalibi ilə oynayacaq. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qonşu Türkiyənin vitse-çempionu “Başakşəhər” Yunanıstanda “Olimpiakos” önünə çıxacaq. İstanbullular evdəki minimalhesablı məğlubiyyətin əvəzini çıxmaq üçün mübarizə aparacaqlar.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
13 avqust
Çempionlar yolu

20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
İlk oyun – 2:1
21:00. “Rusenborq” (Norveç) – “Maribor” (Sloveniya)
İlk oyun – 3:1
22:00. “Ferensvaroş” (Macarstan) – “Dinamo” (Xorvatiya)
İlk oyun – 1:1
22:00. “Kopenhagen” (Danimarka) – “Srvena Zvezda” (Serbiya)
İlk oyun – 1:1
22:30. “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan)
İlk oyun – 2:2
22:45. “Seltik” (Şotlandiya) – ÇFR (Kluj, Rumıniya)
İlk oyun – 1:1
Liqa yolu
21:30. “Dinamo” (Kiyev, Ukrayna) – “Brügge” (Belçika)
İlk oyun – 0:1
22:30. “Olimpiakos” (Yunanıstan) – “Başakşəhər” (Türkiyə)
İlk oyun – 1:0
22:30. LASK (Avstriya) – “Bazel” (İsveçrə)
İlk oyun – 2:1
23:00. “Portu” (Portuqaliya) – “Krasnodar” (Rusiya)
İlk oyun – 1:0

Etikxeber.az

Read Previous

BDYPİ-dən Qurban bayramı ilə əlaqədar sürücülərə – MÜRACİƏT

Read Next

Azərbaycan millisinin futbolçusunun “Albasete” klubuna keçidi rəsmiləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir