Çempionlar Liqası: “Liverpul” “Barsa”nı məğlub edərək finala çıxdı – FOTOLAR

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

Etikxeber.az xəbər verir ki, səfərdə İspaniyanın “Barselona” komandasına 3:0 hesabı ilə məğlub olan İngiltərənin “Liverpul” klubu bu dəfə doğma azarkeşlər önündə cavab görüşünə çıxıb.

İlk dəqiqələrdən ruh yüksəkliyindən istifadə edən meydan sahibləri rəqibin qapısı qarşısında təhlükəli hücumlar yaradıblar. Onlar matçın 7-ci dəqiqəsində hesabı açıblar. Divok Oriqi fərqlənib – 1:0. Hücumların kəsərin azaltmayan Mersesayd təmsilçisi fasiləyə kimi rəqibin qapıçısını bir neçə dəfə narahat edib. Buna baxmayaraq birinci hissə ingilislərin minimal hesabla üstünlüyü ilə başa çatıb.

barsaaaaa-1

Qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsində “Liverpul” komandası hesabı artırıb. Belə ki, Aleksander Alnordun cinah ötürməsini Corginio Vijnaldum dəqiq zərbə ilə tamamlayıb – 2:0. Qoldan 2 dəqiqə sonra “Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Corginio Vijnaldum dəqiq baş zərbəsi ilə üçüncü qolu vurub – 3:0. Oyunun 79-cu dəqiqəsində “Liverpul” klubu sensasiya yaradaraq katalonyalıların qapısından dördüncü dəfə topu keçirib. Müdafiəçilərin səhvini oyunda dublunu rəsimləşdirən Divok Oriqi bağışlamayıb. Qalan dəqiqələrdə “Barselona” klubunun cəhdlərinə baxmayaraq “Liverpul” komandası qapısını toxunulmaz saxlayaraq UEFA Çempionlar Liqasının 2018-2019-ci il mövsümünün finalına vəsiqə qazanıb.

Mərhələnin ikinci yarımfinalı Hollandiyada təşkil olunacaq.

“Ayaks” İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. Bu komandalar arasında İngiltərədə baş tutan görüşdə “Ayaks” 1:0 hesabı ilə qalib gəlmişdi.

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva Qobustanda – FOTO – YENİLƏNİB – (1)

Read Next

XİN Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir