Çempionlar Liqası: “QARABAĞ” – “APOEL” – 2:1 – YENİLƏNİB – (5)

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsində səfərdə Kiprin “APOEL” komandasının qonağı olacaq.

Etikxeber.az  xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci və ikinci təsnifat mərhələlərində müvafiq olaraq Albaniyanın “Partizani” və İrlandiyanın “Dundalk” komandalarını mübarizədən kənarlaşdırıb.

Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasına qalib gəlib – 1:0, 3:0.

***

APOEL-“Qarabağ” komandaları arasında avqustun 6-da keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.

Nikosiyadakı “GSP” stadionunda oynanılacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

Meydan sahibi APOEL-in heyətində isə meydana Belec, Vuros, Yannu, Merkis, Yakoliş, Mixayloviç, Qendzoğlu, Matiç, Suleyman, De Vinsenti və Pavloviç çıxacaqlar.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri Fabiano Preti və Alberto Teqoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə çıxarıb.

Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasından güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı Mahir Emreli açsa da, Patrik Hoban bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeonun dublu və Ailton Silvanın vurduğu qolla rəqibini darmadağın edib.

Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 3:0).

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

***

Qarşılaşmanın birinci hissəsi başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununda birinci hissə yekunlaşıb.

Nikosiyada keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb – 0:0.

***

 APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb.

Nikosiyada keçirilən matçın 54-cü dəqiqəsində Ağdam klubu hesabı açıb. Mahir Emrelinin zərbəsi dəqiq alınıb – 1:0.

***

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

Nikosiyada keçirilən matçın 69-cu dəqiqəsində Ağdam klubu hesabı artırıb.

Meydana yeni çıxan Queye Maqayenin topa ilk toxunuşu qolla nəticələnib – 2:0.

“APOEL” isə yalnız bir qolla kifayətlənib-1:2

 

***

Qarşılaşma 2:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Etikxeber.az

 

Read Previous

“Xarici borcumuzun yaxın illərdə daha da azaldılması qarşıya vəzifə kimi qoyulub” – MİLLƏT VƏKİLİ

Read Next

“Düşmənpərəst, erməni bayrağı olan stadion çökdürülməli idi…” – TAHİR SÜLEYMANOV – RƏYLƏR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir