Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Etikxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək.
Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Qeyd edək ki, “Qarabağ” – APOEL cütünün qalibi pley-offda “Ayaks” – PAOK duelinin güclüsü ilə qarşılaşacaq.
Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” – APOEL (Kipr)
Baş hakim: Daniel Siebert
Baş hakimin köməkçiləri: Yan Seydel, Lasse Kozlovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
***
Bakıda Tofiq Bəhramov adına Respublika stadionu keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb.
Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start “11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər.
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal
Baş məşqçi: Tomas Doll