Çempionlar Liqası: “Qarabağ”dan möhtəşəm qələbə – 3:0 – NÖVBƏTİ RƏQİB “APOEL” OLACAQ – YENİLƏNİB – (3) – FOTOLAR

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində növbəti cavab görüşləri keçiriləcək.

Etikxeber.az xəbər verir ki, gün ərzində beş cavab qarşılaşması oynanılacaq.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu ikinci təsnifat mərhələsində Bakıdakı “Dalğa Arena”da İrlandiyanın “Dandulk” komandasını qəbul edəcək.

Birinci oyunda səfərdə 1:1 hesablı heç-heçə edən ağdamlılara növbəti mərhələyə vəsiqə üçün qolsuz heç-heçə də kifayət edir. Qarşılaşma saat 21:00-da başlayacaq.

Gün ərzində oynanılacaq digər görüşlər aşağıdakılardır.

“HYK” (Finlandiya) – “Srvena Zvezda” (Serbiya), ilk oyun – 0:2;

“AIK” (İsveç) – “Maribor” (Sloveniya), ilk oyun – 1:2;

“Rusenburq” (Norveç) – “BATE” (Belarus), ilk oyun –1:2;

“Kopenhagen” (Danimarka) – “TNS” (Uels), ilk oyun – 2:0.

Qeyd edək ki, ötən gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı qarşılaşmalar oynanılıb:

“APOEL” (Kipr) – “Sutyeska (Monteneqro) – 3:0, ilk oyun – 1:0;

“Kalyu” (Estoniya) – Seltik (Şotlandiya) – 0:2, ilk oyun – 0:5;

“Təl-Əviv” (İsrail) – “CFR Cluj” (Rumıniya) – 2:2, ilk oyun – 0:1;

“Bazel” (İsveçrə) – “PSV Eyndhoven” (Hollandiya) – 2:1, ilk oyun – 2:3;

“Dinamo Zaqreb” (Xorvatiya) – “Saburtalo” (Gürcüstan) – 3:0, ilk oyun – 2:0;

“Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan) – 1:1, ilk oyun – 1:3;

“Olimpiakos (Yunanıstan) – “Plzen” (Çexiya) – 4:0, ilk oyun – 0:0.

Qeyd edək ki, “Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində “APOEL” klubu ilə üz-üzə gələcək.

***

Eyni zamanda, Avropa Liqasının ikinci təsnifat mərhələsinin Tulanın “Arsenal” klubu ilə cavab matçında Azərbaycanın “Neftçi” klubunu öz meydanında dolu tribunalar gözləyir.

Bu barədə iyulun 31-də “Neftçi”nin mətbuat xidmətindən məlumat veriblər.

Birinci oyun iyulun 25-də Tulada 1:0 hesabı ilə Azərbaycan klubunun xeyrinə başa çatıb. Cavab görüşü avqustun 1-də saat 21:00-da Bakıda keçiriləcək. Birinci matçda 20 min tamaşaçı yeri olan stadionda təqribən 15 min azarkeş olub.

Mətbuat xidmətindən deyiblər: “Biletlər çox yaxşı satılır. Biz anşlaq gözləyirik. Klub “Arsenal” azarkeşləri üçün 300 bilet ayırıb”.

Daha əvvəl Tula klubunun mətbuat xidmətindən bildiriblər ki, “Arsenal”ı Bakıda təqribən 50 azarkeş dəstəkləyəcək. “Neftçi” “Arsenal”ı 15 min tamaşaçı yeri olan “Baksel-Arena” stadionunda qəbul edəcək.

Rusiya Premyer-Liqasının 2018/19-cu illər mövsümünün yekunlarına görə, “Arsenal” turnir cədvəlində altıncı yeri tutub və Avropa Liqasının ikinci seçim mərhələsində çıxış etmək hüququ qazanıb. “Neftçi” isə Azərbaycan çempionatında ikinci yeri tutub və turnirə birinci təsnifat mərhələsindən başlayıb. O, bu mərhələdə Moldovanın “Speransa” klubu ilə keçirdiyi iki görüşün (6:0, 3:0) qalibi olub.

***

“Qarabağ”-“Dandulk” qarşılaşması başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

qarabaq-azert

“Qarabağ” – “Dandulk” oyunu başa çatıb.

Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qarşılaşmada hesab erkən qolla açıla bilərdi.

Belə ki, Riçard Almeydanın ötürməsindən sonra Mahir Emrəli qapıçı ilə təkbətək qalıb. Azərbaycan milli komandasının futbolçusunun vurduğu zərbə qapıdan yan keçib. Görüşün 13-ü dəqiqəsində ağdamlılar hesabı açmağa nail olublar. “Qarabağ”ın ispaniyalı futbolçusu Xayme Romeo uzaq məsafədən yaxın küncü dəqiq nişan alaraq baxımlı qola imza atıb – 1:0.

Qoldan sonra hücumlarını dayandırmayan “Qarabağ” növbəti təhlükəli vəziyyəti görüşün 24-cü dəqiqəsində yaradıb. Ailtonun cinah ötürməsindən sonra Filip Ozobiçin qapıya vurduğu zərbəni rəqibin qapıçısı uzaqlaşdıra bilib. Həmin epizodda Filip Ozobiç zədələnərək meydanı tərk edib. Onun yerinə meydana Dani Kintana çıxıb. Birinci hissənin sonrakı dəqiqələrində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Qarşılaşmanın ikinci hissəsində daha üstün oyun nümayiş etdirən “Qarabağ” ikinci hissədə daha iki qol vurub. Matçın 76-cı dəqiqəsində Ailton Maksim Medvedevin cinah ötürməsindən sonra başla dəqiq zərbə endirib – 2:0. Oyunun 87-ci dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Xayme Romeo adını tabloya yazdıraraq oyunda dubla imza atıb.

Görüş 3:0 hesabı ilə “Qarabağ” klubunun xeyrinə başa çatıb.

Beləliklə, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsini uğurla başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

***

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi Kipr təmsilçisi APOEL olacaq.

Etikxeber.az

Read Previous

İki Vidadi “Xalq artisti” oldu, iki Zemfiraya Prezidentin fəxri təqaüdü verildi – SƏRƏNCAMLAR

Read Next

Çempionlar Liqası: III təsnifat mərhələsinin cütləri məlum oldu – İLK OYUNLAR AVQUSTUN 6-7-DƏ BAŞ TUTACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir