Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə – YENİLƏNİB – (1)

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” bu gün cavab oyununu keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Azərbaycan çempionu Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.

Etikxeber.az xəbər verir ki, saat 21:00-da başlayacaq matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erez Papir olacaq. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirəcək.

qarabaqqqqqqqq

Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jareci (Albaniya) olacaq.

Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.

“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.

***

Oyun başlayıb.

Hesab hələlik açılmayıb.

***

Oyunda hesab açılmayıb-0:0.

İki oyunun nəticəsinə görə, Ağdam klubu növbəti mərhələyə adlayıb.

Etikxeber.az

 

Read Previous

Mattarellalar “Şöhrət”, Milanesi “Dostluq” ordeni ilə təltif edildi – SƏRƏNCAM(LAR)

Read Next

Ermənistan heç nəyə məhəl qoymur – PREZİDENT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir