ÇL: “Sabah” darmadağınla-PLEY-OFF MƏRHƏLƏSİNDƏ – FOTO

“Sabah” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Etikxeber.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma “Sabah”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.

İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Sabah” pley-off mərhələsində “Srvena Zvezda” (Serbiya) – “Hapoel” (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

Etikxeber.az

Read Previous

İki qardaşa ömürlük əzab bəxş edən fələk-BELİN, QƏLƏMİN QIRILSIN!!!

Read Next

“Ermənistan ərazisində enerji dəhlizi nə qədər tez yaranarsa, o qədər də TRIPP üçün və bütün bölgə üçün yaxşı olar…”-Prezidentlə Birinci vitse-prezident Naxçıvanda və BİR SIRA AÇILIŞLARDA… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir