“Çempionlar Liqası və Avropa Liqası dayandırıla bilər” – MİŞEL UVA

Çempionlar Liqası və Avropa Liqası turniri dayandırıla bilər.

Etikxeber.az məlumat verir ki, bunu UEFA-nın vitse-prezidenti Mişel Uva deyib.

O, bildirib ki, koronavirus Avropa ölkələrində yayılmaqda davam edərsə, UEFA-nın bayrağı altında təşkil edilən klub turnirləri qeyri-müəyyən vaxta qədər keçirilməyəcək:

“Hazırda gözləmə mərhələsindəyik, vəziyyəti izləyirik. Futbol oyunları ölkələrin qanunlarına uyğunlaşdırılmalıdır. Əlbəttə ki, dayanmamağa çalışırıq. Ancaq vəziyyət pisləşərsə, turnirləri dayandırmalı olacağıq”.

Koronavirusla bağlı problem yaya qədər səngiməsə, hətta AVRO-2020-nin baş tutmaması da mümkündür. 

Qeyd edək ki, hazırda Çempionlar Liqasında 1/8, Avropa Liqasında isə 1/16 final mərhələsinin mübarizəsi davam edir (APA).

Etikxeber.az

Read Previous

Türk Dünyasının tanınmış sənətçiləri, şairləri, aydınları Xocalı üçün – OXUDU – FOTO-VİDEO

Read Next

“Müraciət etdiyimiz yerlərdən heç biri şəhərin tam mərkəzi deyil…” – ARİF HACILI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir