Çempionlar Liqasında 2016/2017 mövsümünün qalibi bəlli olacaq – BU GÜN

Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq.

Etikxeber.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutacaq.

Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

“Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.

“Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk “11-lik”də yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.

“Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin “Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.

UEFA Çempionlar Liqası

Final

3 iyun

22:45. “Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)

Etikxeber.az

Read Previous

Partlayış nəticəsində yaralananların sayı 32 nəfərə çatıb – İRANDA

Read Next

Ərdoğanda ABŞ-a növbəti ittiham: “HANI AYRI-SEÇKİLİK YOXUYDU?”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir