Çempionlar Liqasında II dövrə start götürəcək – BU GÜN

Bu gün, noyabrın 5-də Çempionlar Liqasında II dövrə start götürəcək.

Etikxeber.az-nın məlumatına görə, IV turun ilk günündə E, F, G və H qruplarında oyunlar baş tutacaq.

Bu qarşılaşmalar 1/8 finala ilk vəsiqənin sahibini tapması ilə nəticələnə bilər.

Qrup mərhələsini adlayan ilk komanda olmağa “Napoli” yaxındır.

 E qrupunda çıxış edən İtaliya klubu bunun üçün Avstriya “Zalsburq”una qalib gəlməli, “Liverpul”un “Genk”ə uduzmamasını gözləməlidir. “Böyük beşlik” təmsilçilərinin ikisi də evdə oynadığından neapolluların mərhələ keçməsi kifayət qədər realdır.

F qrupunda diqqətlər Dortmunda yönələcək. Burada “Borussiya” “İnter”i qəbul edəcək. “Barselona” isə “Slaviya”nı sınağa çəkəcək.

G qrupunda “Zenit” “Leypsiq”i, “Lion” “Benfika”nı qəbul edəcək. “Çelsi” – “Ayaks” görüşü H qrupunun mərkəzi qarşılaşması olacaq.

Digər matçda “Valensiya “Lill”lə üz-üzə gələcək.

Etikxeber.az

Read Previous

Rostovdan Bakıya gələn mikroavtobus qəzaya uğradı, 7 NƏFƏR XƏSARƏT ALDI

Read Next

“YAP məsləhət bilsə…” – HÜSEYNBALA MİRƏLƏMOV 4-CÜ DƏFƏ ŞANSINI SINAYACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir