Çempionlar Liqasında mövsümün qalibi müəyyənləşəcək – BU GÜN

İyunun 1-də UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.

Etikxeber.az xəbər verir ki, final qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem Hotspur” və “ Liverpul” arasında oynanılacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın “Real Madrid” klubu olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Həkimlərə qarşı tələbkarlıq artacaq…” – BAŞ NAZİRİN MÜAVİNİ

Read Next

Xüsusi qayğıya ehtiyacı olanlara sosial xidmətlərin genişləndirilməsi – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir