Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək – BU GÜN

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Etikxeber.az-ın məlumatına görə, ilk oyunlar çərçivəsində 6 qarşılaşma iki gün ərzində baş tutacaq.

Çempionlar yolunda 4, Liqa yolunda 2 matç keçiriləcək.

Qrup mərhələsinə vəsiqələrə iddiaçıların yarısı bu gün, yarısı sabah meydana çıxacaq. Azərbaycan çempionu “Qarabağ” mübarizəni dayandırdığı üçün qitənin ən nüfuzlu klub turnirində təmsilçimiz qalmayıb.

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 27-28-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar

20 avqust
Liqa yolu 

23:00. LASK (Avstriya) – “Brügge” (Belçika)
Çempionlar yolu
23:00. ÇFR (Kluj, Rumıniya) – “Slaviya” (Çexiya)
23:00. APOEL (Kipr) – “Ayaks” (Hollandiya)

21 avqust
Çempionlar yolu

23:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Dinamo” (Xorvatiya) – “Rusenborq” (Norveç)
Liqa yolu
23:00. “Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya)

Etikxeber.az

Read Previous

“Adam belələrinə həm acıyır, həm də təəssüf edir, amma…” – DEPUTAT – RƏYLƏR

Read Next

Sabiq deputatdan, tanınmış iqtisadçıdan və gənc jurnalistdən – MİLLƏT VƏKİLİNƏ SƏRT İTTİHAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir