Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkü atıldı

Dekabrın 12-də Nyon şəhərində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb.

Etikxeber.az xəbər verir ki, komandalar qrup mərhələsinin qalibləri və ikinciləri kimi ayrı səbətlərə bölünüblər. Qrup birinciləri səbətinə “Arsenal” (qrup “A”, İngiltərə), “Napoli” (“B”, İtaliya), “Barselona” (“C”, İspaniya), “Atletiko Madrid” (“D”, İspaniya), “Monako” (“E”, Fransa), “Borussiya Dortmund” (“F”, Almaniya), “Lester Siti” (“G”, İngiltərə) və “Yuventus” (“H”, İtaliya) komandaları daxil edilib.

Qrup ikinciləri səbətində isə “Paris Saint-Jermain” (qrup “A”, Fransa), “Benfika” (“B”, Portuqaliya), “Mançester Siti” (“C”, İngiltərə), “Bayern Münxen” (“D”, Almaniya), “Bayer Leverkuzen” (“E”, Almaniya), “Real Madrid” (“F”, İspaniya), “Porto” (“G”, Portuqaliya) və “Sevilya” (“H”, İspaniya) yer alıb.

Bu mərhələdə komandalar öz qrupundan və təmsil etdiyi ölkədən hər hansı klubla qarşılaşa bilməz.

Püşkün nəticələri aşağıdakı kimidir:

“Mançester Siti” (İngiltərə)– “Monako” (Fransa)

“Real Madrid” – “Napoli” (İtaliya)

“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)

“Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya)

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)

“PSJ” (Fransa) – “Barslona” (İspaniya)

“Sevilya” (İspaniya) – “Lester” (İngiltərə).

Səkkizdəbir final mərhələsinin ilk qarşılaşmaları gələn il fevralın 14-15-də və 21-22-də təşkil olunacaq. Cavab görüşləri isə martın 7-8-də və 14-15-də oynanılacaq.

Etikxeber.az

Read Previous

Səhiyyə Nazirliyi: 31 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb

Read Next

Prezident: “Fransa münaqişənin həllində həmsədr kimi fəal olmalıdır”- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir