Çempionlar Liqasında V turun ilk oyunları keçirildi

Çempionlar Liqasında V tura start verilib.

Etikxeber.az  məlumat verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar baş tutub.

E qrupunda “Monako” – “Tottenhem”ə qalib gələrək növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. Moskvada “Bayer”lə qarşılaşan MOİK heç-heçəyə oynayaraq ÇL ilə vidalaşıb. Moskvalıların Avroliqa şansları hələ ki davam edir.

F qrupunda Dortmund “Borussiya”sının evdə autsayder “Legiya” ilə oyunu əsl fantastika olub. 12 qolun vurulduğu matçda meydan sahibləri 8:4 hesablı qələbə qazanıb. Lissabonda “Sportinq”in qonağı olan “Real” 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.

G qrupunun məğlubedilməz lideri “Lester”in 1/8 finala vəsiqəni “Brügge” qələbəsi ilə qeyd edib. Danimarkada “Kopenhagen”in qonağı olan “Porto” heç-heçəyə razılaşaraq şansını son tura saxlayıb.

Günün mərkəzi görüşü “Ramon Sançes Pisxuan” stadionunda keçirilib. H qrupunda yer alan “Sevilya” ilə “Yuventus” qrup liderini müəyyən etmək üçün münasibətlərinə aydınlıq gətiriblər. “Qoca sinoyra” səfərdə əzmkar qələbə ilə liderliyi əldə edib. “Lion” isə Zaqrebdə “Dinamo”nu tək qolla keçib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

22 noyabr

E qrupu

MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya) – 1:1

Qollar: Naço, 76 (pen.) – Volland, 16

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) – 2:1

Qollar: Sidibe, 48, Lemar, 53 – Keyn, 52 (pen.)

1.

Monako

5

3

2

0

9:4

11

2.

Bayer

5

1

4

0

5:4

7

3.

Tottenhem

5

1

1

3

3:5

4

4.

MOİK

5

0

3

2

4:8

3

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa) – 8:4

Qollar: Kaqava, 17, 18, Nuri, 20, Dembele, 29, Roys, 32, 52, 90+3, Passlak, 81 – Priyoviç, 10, 24, Kuçarçik, 57, Nikoliç, 83

“Sportinq” (Portuqaliya) – “Real” (İspaniya) – 1:2

Qollar: Silva, 80 (pen.) – Varan, 29, Benzema, 87

1.

Borussiya

5

4

1

0

19:7

13

2.

Real

5

3

2

0

14:8

11

3.

Sportinq

5

1

0

4

5:7

3

4.

Legiya

5

0

1

4

8:24

1

 

 

 

 

 

 

 

G qrupu

“Lester” (İngiltərə) – “Brügge” (Belçika) – 2:1

Qollar: Okazaki, 5, Mahrez, 30 (pen.) – İzkerdo, 52

“Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya) – 0:0

1.

Lester

5

4

1

0

7:1

13

2.

Porto

5

2

2

1

4:3

8

3.

Kopenhagen

5

1

3

1

5:2

6

4.

Brugge

5

0

0

5

2:12

0

H qrupu

“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:3

Qollar: Parexa, 9 – Markizio, 45+1 (pen.) Bonuççi, 84, Mancukiç, 90+4

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa) – 0:1

Qol: Lakazet, 72

1.

Yuventus

5

3

2

0

9:2

11

2.

Sevilya

5

3

1

1

7:3

10

3.

Lion

5

2

1

2

5:3

7

4.

Dinamo

5

0

0

5

0:13

0

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub

Read Next

XİN yapon jurnalistin adını “qara siyahı”dan çıxardı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir