Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Çempionlar Liqasının altıncı turunun açılış oyununda D qrupunda yer alan İstanbulun “Qalatasaray” klubu qrupunun lideri “Portu”nu qəbul edib.
Etikxeber.az xəbər verir ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qrupda ikinci yerdə olan “Şalke” isə Moskvanın “Lokomotiv” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0).
Beləliklə, “Portu” qrup lideri (16), “Şalke” (11) isə ikinci pillənin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıblar.
İstanbul təmsilçisinin məğlubiyyətinə baxmayaraq, klub UEFA Avropa Liqasında mübarizənin davam etdirəcək. “Lokomotiv” isə 3 xalla qrupun sonuncu yerində qərarlaşıb.
Həmçinin, PSJ səfərdə “Srvena Zvezda” klubunu darmadağın edib.
“Liverpul” isə öz meydanında “Napoli”yə minimal hesabla qalib gəlib.
Brüqqe – Atletiko (Madrid) 0:0
Monako – Borussiya (Dortmund) 0:2
Barselona – Tottenhem 1:1
İnter – PSV 1:1
Srvena Zvezda – PSJ 1:4
Liverpul – Napoli 1:0
Etikxeber.az