Çempionlar Liqasının birinci turun ən yaxşı oyunçusu adına namizədlər – AÇIQLANDI

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci turunun ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Etikxeber.az UEFA-ın saytına istinadla xəbər verir ki, qrup mərhələsinin birinci turunun qarşılaşmalarında apardıqları mübarizəyə görə həftənin ən yaxşı futbolçusu adına norveçli Erlinq Braut Haalland (“Zaltsburq”, Almaniya), almaniyalı qapıçı Mark Ter Şteqen (“Barselona”, İspaniya), argentinalı yarımmüdafiəçi Anxel Di Maria (“Paris Sen-Jermen”, Fransa) və xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Mislav Orsiç (“Dinamo Zaqreb”, Xorvatiya) iddialıdırlar.

Qeyd edək ki, qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində sentyabrın 20-də müəyyənləşəcək.

Etikxeber.az

Read Previous

Sosial müəssisələrlə bağlı ayrıca – QANUN LAYİHƏSİ HAZIRLANA BİLƏR – TƏKLİF

Read Next

“Ən yaxşı qol”un müəllifi adına namizədlər – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir