Çempionlar Liqasının “Dördlər finalı”na İtaliya ev sahibliyi edəcək

Qadın voleybol komandaları arasında Çempionlar Liqasının “Dördlər finalı”nı keçirəcək ölkə müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, həlledici mərhələnin oyunları İtaliyada təşkil olunacaq.

Bu dəfə “Dördlər finalı”nın təşkilatçılığını Bakının “Telekom” klubu ilə “A” qrupunda yer alan “Konegliano” öz üzərinə götürüb. Aprelin 22-23-də keçiriləcək matçlar Trevizo şəhərində oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın iki klubu – “Azərreyl” və “Telekom” mübarizə aparır. “Telekom”dan fərqli olaraq, “Azərreyl” növbəti mərhələyə adlamaq şansını davam etdirir.

Qeyd edək ki, ötən mövsüm də İtaliya “Dördlər finalı”na ev sahibliyi etmişdi.

Etikxeber.az

Read Previous

Tokio Olimpiya və Paralimpiya oyunlarının medalları telefon hissələrindən hazırlanacaq

Read Next

“SOYADA SƏDAQƏT” – Rafael Hüseynovun yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir