Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri oldu- NƏTİCƏLƏR

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

Etikxeber.az-ın məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start verilib. Qazaxlar növbəti mərhələyə adlayıblar.

Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nı məğlub edərək, iki oyunda ümumilikdə 6 cavabsız qol vurub və növbəti mərhələyə keçib.

“Vardar” isə “Malmö”nü yarışdan kənarlaşdırıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

18 iyul

“Astana” (Qazaxıstan) – “Spartak” (Latviya) – 1:1

Qollar: Tvumasi, 59 – Vardanyas, 72

İlk oyun – 1:0

“Vardar” (Makedoniya) – “Malmö” (İsveç) – 3:1

Qollar: Krnçarov, 56, Barseqyan, 61, Nikolov, 90+1 – osenberq, 16 (pen.)

İlk oyun – 1:1

“Alaskert” (Ermənistan) – BATE (Belarus) – 1:3

Qollar: Nenadoviç, 18 – Qordeçuk, 23, 35, Volodiko, 78

İlk oyun – 1:1

“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Gerye, 22

İlk oyun – 0:5

TNS (Uels) – “Riyeka” (Xorvatiya) – 1:5

Qollar: Çesleviç, 69 – Matey, 41, Qavranoviç, 54, 79, Qorqon, 61, Ristovski, 64

İlk oyun – 0:2

“Vikinqur” (Farer adaları) – “Hafnarfyordur” (İslandiya) – 0:2

Qollar: Lennon, 79, Valdimarsson, 90+1

İlk oyun – 1:1

“Buduçnost” (Monteneqro) – “Partizan” (Serbiya) – 0:0

İlk oyun – 0:2

Etikxeber.az

Read Previous

“Qarabağ”-“Samtredia” oyunu bitdi: 1-0- FOTO- YENİLƏNİB

Read Next

Qüdsdəki toqquşmalarda 30 nəfər yaralandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir