Çempionlar Liqasının növbəti üç mövsümünün final oyunlarını qəbul edəcək stadionlar müəyyənləşib.
Etikxeber.az məlumat verir ki, bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında verilib.
2021-ci ildə qitənin ən nüfuzlu klub turnirinin həlledici oyunu Rusiyanın Sankt-Peterburq şəhərindəki “Zenit” stadionunda baş tutacaq.
Növbəti mövsümdə isə qalib Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da bəlli olacaq.
İcraiyyə Komitəsi 2023-cü ildəki finalı İngiltərə paytaxtı Londona verib. Həlledici qarşılaşma “Uembli”də oynanılacaq.
Etikxeber.az