Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçiriləcək – BU GÜN

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçiriləcək.

Etikxeber.az xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gələcəklər.

“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edəcək. Bu görüşdə heç-heçə belə İstanbul təmsilçisinin növbəti mərhələyə vəsiqə qazanmasını təmin edəcək.

Turun maraqla gözlənilən görüşlərindən biridə “H” qrupunda “Tottenhem” və “Real Madrid” klubları arasında olacaq.

Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:

“E” qrupu

“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya)

“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya)

“F” qrupu

“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)

“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya)

“G” qrupu

“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)

“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)

“H” qrupu

“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) – APOEL (Kipr).

Etikxeber.az

Read Previous

Çempionlar Liqası: “PSJ”nin böyükhesablı qələbəsi, “Barselona”dan qolsuz heç-heçə

Read Next

Əliyev, Putin və Ruhani bir araya gələcək- AZƏRBAYCAN PREZİDENTİ İRANDADIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir