Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun növbəti görüşləri keçirilib.
Etikxeber.az xəbər verir ki, ikinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan kollektivlər üz-üzə gəliblər.
“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Monako”nu qəbul edib. Görüşün 1:1 hesabı ilə başa çatmasına baxmayaraq İstanbul təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Gün ərzində keçirilən qarşılaşmalar aşağıdakılardır:
“E” qrupu
“Sevilya” (İspaniya) – “Spartak” (Rusiya) – 2:1
“Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya) – 3:0
“F” qrupu
“Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)- 2:4
“Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya) -3:1
“G” qrupu
“Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)- 1:1
“Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)- 3:1
“H” qrupu
“Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 3:1
“Borussiya” (Dortmund, Almaniya) – APOEL (Kipr)- 1:1
Etikxeber.az