Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verildi – NƏTİCƏLƏR – FOTO

UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin ikinci turuna start verilib.

Etikxeber.az xəbər verir ki, ikinci turun ilk günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar qarşılaşıblar.

“E” qrupunda İspaniya təmsilçisi “Sevilya” doğma meydanda Sloveniyanın “Maribor” klubuna 3:0 hesabı ilə qalib gəlib. Qrupun digər qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu Moskvada İngiltərənin “Liverpul” kollektivi ilə heç-heçə oynayıb-1:1.

“F” qrupunda “Mançester Siti” (İngiltərə) öz meydanında “Şaxtyor”u (Ukrayna) (2:0), “Napoli” (İtaliya) isə “Feyenoord”u (Hollandiya) məğlub edib – 3:1.

İstanbulun “Beşiktaş” klubunun yer aldığı “G” qrupunda isə Türkiyə təmsilçisi doğma meydanda “Leyptsiq”dən (Almaniya) üstün olub – 2:0. “Monako” (Fransa) isə öz meydanında Portuqaliyanın “Portu” klubuna uduzub – 0:3.

“H” qrupunda isə İngiltərənin “Tottenhem” klubu səfərdə APOEL-ə (Kipr) 0:3 hesabı ilə qalib gəlib. Günün ən maraqlı qarşılaşması Dortmund şəhərində baş tutub. “Borussiya” komandası Madridin “Real” klubunu qəbul edib. Qarşılaşma qonaqların 1:3 hesablı üstünlüyü ilə başa çatıb.

Xatırladaq ki, turun ikinci günündə -bu gün ölkəmizi bu nüfuzlu klub turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu İtaliyanın “Roma” kollektivini qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

Etikxeber.az

Read Previous

“Azərsu”nun şefinin oğlunun adı torpaq qalmaqalında – VİDEO

Read Next

Prezident: “Dünyada təhdidlər artır və…” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir