Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək – BU GÜN

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.

Etikxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyanın “San Siro” stadionunda keçiriləcək. “İnter” klubu İspaniyanın “Barselona” komandasını qəbul edəcək. Üçüncü turda bu komandalar artıq üz-üzə gəliblər. Həmin görüşdə kataloniyalılar rəqibin qapısından iki cavabsız top keçirib.

Bu komandalar UEFA Çempionlar Liqasinda, ümumilikdə, 7 dəfə qarşılaşıblar. Onların 4-də “Barselona”, 1-də isə “İnter” klubu qalib gəlib. İki oyun heç-heçə yekunlaşıb. Qrupun digər oyununda PSV (Niderland) İngiltərənin “Tottenhem” klubunun qonağı olacaq (ilk oyun – 2:2).

Üç turdan sonra B qrupuna 9 xalla “Barselona” klubu başçılıq edir. Aktivində 6 xalı olan “İnter” ikinci yerdə qərarlaşıb. Hərəyə bir xal toplayan “Tottenhem” və PSV üçüncü və dördüncü yerləri bölüşürlər.

Turun digər maraq doğuran oyunu isə İtaliyanın Neapol şəhərində oynanılacaq. “Napoli” (İtaliya) Fransanın PSG klubu ilə üz-üzə gələcək. Komandalar arasında Fransada baş tutan ilk matçda qalib müəyyənləşməyib – 2:2.

C qrupuna üç turdan sonra 6 xalla “Liverpul” liderlik edir. Beş xalı olan “Napoli” ikinci, dörd xala malik PSG isə üçüncü yerdə qərarlaşıb. “Crevena Zvezda” 1 xalla dördüncü yerdədir.

Turun digər oyunları bunlardır:

A qrupu

“Monako” (Fransa) – “Brügge” (Belçika),

“Atletiko Madrid” (İspaniya) – “Borussiya” (Almaniya).

B qrupu

“İnter” (İtaliya) – “Barselona” (İspaniya),

“Tottenhem” (İngiltərə) – PSV (Hollandiya).

C qrupu

“Crevena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə),

“Napoli” (İtaliya) – PSG (Fransa).

D qrupu

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə),

“Portu” (Portuqaliya) – “Lokomotiv” (Rusiya).

Etikxeber.az

Read Previous

Büdcə müzakirələrinə bir gün ara veriləcək…

Read Next

Ünvanlı sosial yardım təyin edilən ailələrin sayı 37,1 faiz azalıb – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir