Çempionlar Liqasının üçüncü turuna 8 oyunla yekun vurulacaq – BU GÜN

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü turuna 8 oyunla yekun vurulacaq.

Etikxeber.az xəbər verir ki, A qrupunda yer alan Belçikanın “Brügge” klubu doğma meydanda son zamanlar uğursuz çıxış edən Fransanın “Monako” komandasını qəbul edəcək.

Qrupun digər oyununda A qrupunun lideri müəyyənləşə bilər. Həmin oyunda İspaniyanın “Atletiko Madrid” klubu səfərdə Almaniyanın “Borussiya Dortmunt” komandasının qonağı olacaq.

İki turdan sonra A qrupunda 6 xalı olan “Borussiya Dortmunt” və “Atletiko Madrid” birinci və ikinci yerləri bölüşürlər. Xalları olmayan “Brügge” və “Monako” üçüncü və dördüncü yerdədirlər.

Turun mərkəzi qarşılaşması B qrupunda yer alan İspaniya çempionu “Barselona” və İtaliyanın “İnter” komandaları arasında oynanılacaq. İngiltərənin “Tottenhem” komandası isə səfərdə Hollandiyanın PSV klubunun qonağı olacaq. B qrupuna 6 xalla “Barselona” və “İnter” klubları başçılıq edirlər. “Tottenhem” və PSV-nin aktivində isə xal yoxdur.

Oktyabrın 24-də UEFA Çempionlar Liqasının 3-ci turunda növbəti oyunlar keçiriləcək:

uefa-1

C qrupu

“Liverpul” (İngiltərə) – “Crevena Zvezda” (Serbiya)

PSJ (Fransa) – “Napoli” (İtaliya)

D qrupu

“Qalatasaray” (Türkiyə) – “Şalke” (Almaniya)

“Lokomotiv” (Rusiya) – “Porto” (Portuqaliya)

Qeyd edək ki, “Brügge” – “Monako” və PSV- “Tottenhem” oyunu UEFA-nın yeni reqlamentinə görə, Bakı vaxtı ilə saat 20:55-də, digər qarşılaşmalar isə saat 23:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının üçüncü turunun növbəti oyunları – NƏTİCƏLƏR – FOTOLAR

Read Next

Azərbaycan-Fransa parlamentlərarası Deputat Qrupundan Fransaya – ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir