“Çernobıl”-ın üçüncü enerji blokunda tüstüllənmə baş verdi

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji blokunda tüstüllənmə baş verib.

 Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Müfəttişliyinin məlumatında bildirilir.

Məlumata görə, tüstülənmə AES-nin üçüncü blokundakı otaqların birində olub. Hadisə yerinə cəlb olunan FHN işçiləri istilənmə aradan qaldırılıb, radiasiyanın vəziyyəti dəyişməz olaraq qalmaqdadır.

Çernobıl Atom Elektrik Stansiyasının üçüncü enerji bloku 1981-ci ildə işə salınıb, 2000-ci ildə isə hökumətin qərarı ilə tam dayandırılıb.

1986-cı ilin  aprelin 26-da isə Çernobıl Atom Elektrik Stansiyasının dördüncü enerji bloku partlayıb. Belarus, Ukrayna və Rusiyada ümumilikdə 160 min kv. km ərazi radiasiyadan zərər çəkib.

Etikxeber.az

Read Previous

Türkiyə hərbçilərdən ibarət nümayəndə heyətini Qətərə göndərdi

Read Next

“Hər zaman hər yerdə onlara xüsusi diqqətimiz olmalıdır”- DEPUTATLAR ŞƏHİD AİLƏSİNƏ BAŞ ÇƏKDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir