Çevriliş cəhdini Adil Öksüzlə Kemal Batmaz idarə edirmiş…

Türkiyədə 15 iyulda baş verən hərbi çevriliş cəhdini Adil Öksüzlə birlikdə Kemal Batmazın idarə etdiyi məlum oldu.

Etikxeber.az “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Ankara şəhər Prokurorluğu Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində həmin heyətin Türkiyə Silahlı Qüvvələrindəki imamı Adil Öksüz, “Kaynak Kağıt” şirkətinin sabiq müdiri Kamal Batmaz və elektrik mühəndisi Harun Binişdən ibarət olduğu müəyyənləşdirilib.

Belə ki, K. Batmaz və A. Öksüz 11 iyul tarixində ABŞ-a səfər ediblər. İki gündən sonra K.Batmaz yenə Adil Öksüz ilə birlikdə Türkiyəyə dönərək hərbi çevrilişi birlikdə idarə ediblər.

İstintaq çərçivəsində A. Öksüz və K. Batmazın “Akıncı bazası”, eləcə də Atatürk Hava Limanındakı görüntüləri də əldə edilib.

Qeyd edək ki, hazırda Harun Binişdən həbs olunub.

cev-2

Etikxeber.az

Read Previous

“Qarabağ” klubu 3 milyon 308 min, “Qəbələ” isə 3 milyon 22 min avro qazanıb

Read Next

Məmmədyarov Sisi ilə görüşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir