“Çevriliş cəhdləri, inqilab nağılları keçmişdə qalıb, bir daha təkrarlanmayacaq” – DEPUTAT – MÖVQE-RƏYLƏR

1993-cü ildən bu yana Azərbaycanda 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkisi, 4 dəfə isə ümümxalq səsverməsi-referendum keçirilib və hər bir seçki öncəki seçkidən demokratiyaya doğru daha bir addım olub, hər bir seçkidə demokratiyaya, şəffaflığa, ədalətliliyə tam əməl edilib. Seçkilərin demokratikliyinin, ədalətliliyinin, azad və şəffaflığının əsas təminatçısı isə Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti, Ulu Öndər Heydər Əliyev, onun kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev, hakim Yeni Azərbaycan Partiyası (YAP), müdrik və qədirbilən Azərbaycan xalqı olub.

Azərbaycan hakimiyyəti, ölkə rəhbərlərinin-liderlərinin siyasi iradəsi, YAP özü seçkilərin azad və ədalətli keçirilməsində və baş tutmasında maraqlı, əsas iştirakçı, baş təşkilatçı olub. Bu da kimsənin təhdid, təzyiqi, diktəsi ilə deyil, öz istəyimizlə, öz könüllü seçimimizlə edilib. Çünki demokratiya, onun oturuşması və dərinləşdirilməsi, demokratik seçkilər öz seçimimiz, öz məramımız olub.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov “Müsavat”ın başqanı Arif Hacılının son açıqlamasına, inqilaba yönəlik çağırışına, boykot məsələsinin yenidən gündəmə gətirilməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili deyib ki, bütün məsələlər təkcə seçimlə, istək və arzu ilə də həll olunmur, burada əsas iradədir, reallıqdır, faktdır, nəticədir:

“Demokratiya, demokratik seçkilər də bizim təkcə seçimimiz, arzumuz olmayıb, onu həm də son 26 ildə reallıqda tətbiq etmişik, reallaşdırmışıq, gerçəkləşdirmişik. Yəni, bunları Azərbaycan dövləti, mövcud YAP iqtidarı Azərbaycan xalqı və seçicisi ilə birlikdə edib, gerçəkləşdirib. Bunu həm də təkcə biz demirik, iddia etmirik, bunu Azərbaycana xoş münasibət bəsləyən xarici təşkilatlardan, müşahidə missiyalarından tutmuş, adi  bir məsələ, adi bir nöqsan ətrafında “stəkanda fırtına yaratmağa” çalışan daxili və xarici qurumlaracan, onların çoxsaylı müşahidəçilərinəcən hamısı deyib, etiraf ediblər. Bildiriblər ki, Azərbaycanda seçkilərdə bütün beynəlxalq seçki standatrlarına, prosedurlarına əməl edilib, seçkilər demokratik, ədalətli şəkildə baş tutub, demokratiyaya doğru daha bir addım atılıb. Çox cüzi və əhəmiyyətsiz bir hissəni çıxmaq şərti ilə bunu seçkilərdə səhərdən axşamacan müşahidə aparan və ya günlərlə burada əyləşən, monitorinqlər aparan seçki institutları, təsisatları, müşahidəçi missiayaların üzvləri bəyan ediblər. Yəni, hətta, onlar deməsə də, etiraf etməsə də, bunlar birmənalı olaraq edilib, ölkədə əsl azad və demokratik seçkiləri keçirilib, bütün şərtlərə əməl olunub.

Yenə də qeyd etmək istəyirəm ki, bunlar kimsənin diktəsi ilə deyil, özümüzün istəyimizlə, könüllü seçimimizlə edilən, atılan addımlardır. Bunlar ilk növbədə bizim özümüz, gələcəyimiz, tərəqqimiz, inkişafımız üçün lazımdır, kimsəyə görə bunları etmirik. Odur ki, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində də demokratik, ədalətlilik, şəffaflıq tam təmin olunacaq, kimsə narahat olmasın, hay-küyə, ajiotaja düşməsin, əndişələnməsin. Seçkilərin demokratikliyinin və ədalətliliyinin də yenə əsas və baş təminatçısı cənab İlham Əliyevin LİDERlik etdiyi Azərbaycan dövləti və hakimiyyəti, YAP iqtidarı olacaq. Hər zaman olduğu kimi, qarşıdan gələn seçkilərdə də demokratikliyin təmin olunması üçün lazım və gərəkən nələr varsa, hamısı bir-bir ediləcək, seçkilər tam azad və ədalətli, demokratiyaya doğru daha bir mütərəqqi və inamlı addım olacaq. Seçkilərin də qalibi məhz hakim siyasi kurs, YAP və iqtidaryönümlü siyasi qüvvələr olacaq. Çünki 1993-cü ildən bəri Azərbaycan xalqının müdrik seçimi bəllidir. Bu baxımdan, kimlərsə yenə yuxularında, röyalarında gördüklərini, xəyal etdiklərini reallıq, olacaq kimi cəmiyyətə, ictimaiyyətə sırımasınlar. Xəyalqırıqlığına uğrayan, xəyalları, arzuları suya düşən yenə də özləri olacaqlar. Ona görə boş-boş xülyalardan, cəfəngiyyatlardan uzaq olsunlar, boykot, inqilab arzularından və cəhdlərindən vaz keçsinlər, bunları birdəfəlik leksikonlarından və yaddaşlarından silsinlər.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri, eləcə də, 2003-cü prezident seçkiləri və 2005-ci ilin parlament seçkiləri ərəfəsində yaşadılmağa çalışanlar bir daha sübut etdi və göstərdi ki. Azərbaycanda artıq inqilab, çevriliş ssenariləri, cəhdləri baş tuta bilməz, bunlar 90-ların əvvəlində, keçmişdə qalıb. Artıq Azərbaycan xalqı çevriliş, inqilab nağılllarına, yalana, pafosa, populizmə inanmır, o, reallığı görür və qiymətləndirir, o, onu uğura, inkişafa, sabitliyə aparan, aparacaq siyasi kursu və onun daşıyıcılarını tanıyır və onlarla da bağlı öz müdrik seçimini edir. Odur ki, “narıncılar”, “qızılgüllər” və sair və ilaxır, hamısı tarixin zibilliyində atılıb qalıb, bir daha təkrarlanmayacaq. Ən azı Azərbaycanda bunun xəyalı ilə yaşayanların xəyallarının, utopik arzularının gerçəkləşməsinə imkan və icazə verilməyəcək. Azərbaycan demokratik ölkədir, hər bir məsələ də demokratik şərtlərlə, qaydalarla tənzimlənib və tənzimlənəcək”.

and-6

2018-seçkilər

azerrrrr

ELDENIZ-3

“Heç kəsə və heç kəsə qanuna, Konstitusiyaya, demokratiyaya zidd addımlar atmağa imkan, fürsət, şans tanınmayacaq. Fürsət, şans yalnız və yalnız demokratiya, demokratik seçkilərdir”

Digər millət vəkili Azər Badamov da həmkarı kimi, inqilab ssenariləri və cəhdlərini boş, mənasız, cəfəngiyyat hesab edir.

Millət vəkilinin dediyinə görə, çox təəssüflər olsun ki, hələ də belə arzularla və istəklərlə yaşayan az sayda da olsa, insanlar, dərnək səviyyəli siyasi qruplar var.

“Onlar bir məsələni birdələlik anlayıb, dərk və qəbul etməlidirlər ki, bu “sevdalar”ın dövranı bitib, gedib, 80-lərin sonları, 90-ların əvvəllərində qalıb. Artıq Azərbaycan o illərin, 80-lərin sonları, 90-ların əvvəlində olan zəif, gücsüz Azərbaycan deyil. Son 26 ildə dünyanın qəbul, etiraf etdiyi, sözü, çəkisi, nüfuzu ilə hesablaşdığı modern və demokratik, lider Azərbaycan var. İndiki qüdrətli, güclü Azərbaycanda demokratiyadan, Konstitusiyadan, qanunlardan kənarda dayanan hər hansı bir cəhd, addım, “layihə”, ssenari mümkün deyil və ya ilk andaca fiaskoya, uğursuzluğa, məğlubiyyətə məkhumdur. İndiki Azərbaycan yalnız qanunlarla işləyir, bütün məsələlər-seçkilər də daxil olmaqla-hamısı qanunlarla, Konstitusiya müddəları ilə tənzimlənir, həyata keçirilir, ölkə tam qanunlarla idarə olunur. Burada antikonstitusion, antidemokratik, antixalq addımlar keçmir və keçə də bilməz.

Son 26 ildə olduğu kimi, qarşıdan gələn istənilən seçkilərdə, o cümlədən, növbəti bələdiyyə və parlament seçkilərində də hər bir məsələ qanunla tənzimlənəcək, hər bir məqam qanunlara və demokratiyaya, demokratik prosedurlara tam uyğun şəkildə qurulacaq, reallaşdırılacaq. Bunu da yenə mövcud iqtidar, YAP hakimiyyəti edəcək. Eyni zamanda, bütün antidemokratik, antikonstitusion addımların (əgər olarsa) qarşısı qətiyyətlə alınacaq, heç kəsə və heç kəsə qanuna, Konstitusiyaya, demokratiyaya zidd addımlar atmağa imkan, fürsət, şans tanınmayacaq. Fürsət, şans yalnız və yalnız demokratiya, demokratik seçkilərdir. Bunu da hər bir kəs indidən bilsin və qulağına yaxşıca sırğa etsin”-deyə, A. Badamov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Hərbi pilotumuzun-Rəşad Atakişiyevin meyiti tapıldı – SABAH DƏFN OLUNACAQ

Read Next

Təhsil Nazirliyinə sərt ittihamlar – PƏNAH HÜSEYNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir