Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən (XİN) Etikxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
09:53
***
Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.
Eyni zamanda, Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
13:53
***
Həmçinin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.
Qeyd edək ki, Ceyhun Bayramovla yanaşı, Zakir Həsənov da Türkiyədə səfərdədir.
Etikxeber.az