Ceyhun Bayramov ilk rəsmi səfərini-TÜRKİYƏYƏ ETDİ, ÇAVUŞOĞLU İLƏ BİR ARAYA GƏLDİ, ƏRDOĞAN AZƏRBAYCANIN XARİCİ İŞLƏR VƏ MÜDAFİƏ NAZİRLƏRİNİ QƏBUL ETDİ…-YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyindən (XİN)  Etikxeber.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

09:53

***

Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilib.

Eyni zamanda, Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

13:53

***

Həmçinin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Qeyd edək ki, Ceyhun Bayramovla yanaşı, Zakir Həsənov da Türkiyədə səfərdədir.

Etikxeber.az

Read Previous

Əhmədiyyə Cəbrayılovun 100 illiyi-QEYD EDİLƏCƏK – SƏRƏNCAM

Read Next

Bu gün 84 yeni yoluxma qeydə alındı-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir