Ceyhun Bayramov Karen Donfridi Ermənistanın sərhəddəki təxribatı barədə-MƏLUMATLANDIRDI…

Yanvarın 11-də xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən (XİN)  Etikxeber.az-a verilən məlumata görə, Tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.

Nazir, Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Etikxeber.az

Read Previous

Ermənistanla sərhəddə vəziyyət gərginləşib, adekvat cavab tədbirləri görülür-MN YENİ MƏLUMAT YAYDI

Read Next

“8 noyabr Zəfər Günü ərəfəsində övladlarımızın yenidən, ən azı yüksək, ali ordenlərimizlə təltif olunacağını gözləyirdik, ancaq…”-ŞƏHİD QARDAŞLAR-MUSA VƏ TURAL HƏSƏNOVLARIN VALİDEYNLƏRİ YENİDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ÜNVANLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir