Ceyhun Bayramov Sergey Lavrovla telefonla danışdı, Rusiya xalqına-BAŞSAĞLIĞI VERDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən Etikxeber.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən Crocus City Hall mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

Bu gün 24 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CAVİDAN İBRAHİMLİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir