Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xarici İşlər Naziri təyin olunması münasibəti ilə cənab Ceyhun Bayramovu təbrik edir, daha güclü Azərbaycan naminə fəaliyyətində ona uğurlar arzu edirəm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Ceyhun müəllimlə 3 gün öncə danışmışıq. Məktəb təmir və tikintisindən-Biləsuvarda ali təhsil müəssisələrinin filialı və ya kollec açılmasına qədər uzun çəkən, lakin bir o qədər də səmərəli müzakirələrimiz oldu”-deyən millət vəkili bildirib ki, yekun olaraq Biləsuvarla bağlı çox vacib bir layihə üzərində ilkin razılıq əldə olunub.
“Ceyhun müəllim bu gündən fəaliyyətini başqa sahədə davam etdirsə də, sözümüz qüvvəsindədir və inşallah, yaxın illərdə çox əhəmiyyətli bir yeniliyin şahidi olacaqsınız”-deyə, o, əlavə edib.
Etikxeber.az