“Ceyhun müəllimlə 3 gün öncə danışmışıq…”-MİLLƏT VƏKİLİ YENİ NAZİRİ TƏBRİK ETDİ

Xarici İşlər Naziri təyin olunması münasibəti ilə cənab Ceyhun Bayramovu təbrik edir, daha güclü Azərbaycan naminə fəaliyyətində ona uğurlar arzu edirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Ceyhun müəllimlə 3 gün öncə danışmışıq. Məktəb təmir və tikintisindən-Biləsuvarda ali təhsil müəssisələrinin filialı və ya kollec açılmasına qədər uzun çəkən, lakin bir o qədər də səmərəli müzakirələrimiz oldu”-deyən millət vəkili bildirib ki, yekun olaraq Biləsuvarla bağlı çox vacib bir layihə üzərində ilkin razılıq əldə olunub.

“Ceyhun müəllim bu gündən fəaliyyətini başqa sahədə davam etdirsə də, sözümüz qüvvəsindədir və inşallah, yaxın illərdə çox əhəmiyyətli bir yeniliyin şahidi olacaqsınız”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Dünyanın bütün uşaqlarının, üzü daim gülsün! Bütün uşaqların bu gününə, sabahına yük olan müharibələr sona çatsın!”-MİLLƏT VƏKİLİ NƏVƏSİNİ BELƏ TƏBRİK ETDİ

Read Next

“Hərbçilərimizdəki ruh yüksəkliyi və qələbə əzminin çox yüksək olması bizi sözün əsl mənasında qürurlandırdı”- BƏHRUZ MƏHƏRRƏMOV – MİLLƏT VƏKİLLƏRİ YARALI HƏRBÇİLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir