Ceyms Bondun 25-ci filmini qeyd etmək üçün qızıl sikkə buraxılacaq

Böyük Britaniyada Ceyms Bondun “Ölməyə vaxt yoxdur” 25-ci filmini qeyd etmək üçün 7 kiloqramlıq qızıl sikkə buraxılacaq.

Etikxeber.az xəbər verir ki, “Royal Mint” (Birləşmiş Krallıqda sikkələr istehsal edən yer) 25-ci Ceyms Bond filminin xatirəsinə 7000 funt sterlinq dəyərində 7 kiloqram qızıl sikkə istehsal edib.

Bu, “Royal Mint” tərəfindən indiyə qədər istehsal olunan ən yüksək nominal dəyərə malik ən böyük sikkədir.

Sikkədə BMT 216A nömrə nişanlı Aston Martin DB5-nin oyma təsviri həkk olunub.

Sikkələri mart ayının ortalarından etibarən almaq mümkün olacaq.

Etikxeber.az

Read Previous

Netanyahu yenidən-QƏLƏBƏ QAZANDI – YENİLƏNİB

Read Next

Gəncədən olan deputat-PREZİDENTƏ MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir