“Chevron”-un gəliri və xalis mənfəəti artıb

ABŞ-ın ən böyük ikinci neft şirkəti olan “Chevron”un ötən ilin dördüncü rübündəki gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 31,5 milyard dollara yüksəlib. Şirkət 2015-ci ilin dördüncü rübündə 29,2 milyard dollar gəlir əldə etmişdi.

Etikxeber.az şirkətə istinadla xəbər verir ki, “Chevron” 2016-cı ilin sonuncu rübündə 415 milyon dollar xalis mənfəət əldə edib. 2015-ci ilin dördüncü rübündə 588 milyon dollar zərərə uğradığını açıqlamışdı.

“Chevron” korporasiyasının rəhbəri Con Vatson neftin qiymətinin ucuzlaşması fonunda şirkətin kapital xərclərini 14 milyard dollar azaltdığını bildirib. O, “Chevron”un 2017-ci ilin birinci rübündə də istehsalını və gəlirini artırmaq istədiyini deyib.

Etikxeber.az

Read Previous

Putin və Tramp arasında telefon danışığı baş tutdu

Read Next

SADIQLİK – Deputatın yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir