Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Roma polisi İtaliyanın birləşdirilməsi şərəfinə tikilmiş və altında naməlum əsgər məzarının olduğu “Altare della Patria” (Vətən səcdəgahı) kilsəsi ətrafındakı fəvvarədə çimmiş turistləri axtarır.
Etikxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt polisi həmin turistlərin şəkillərini yayıb və səfirlikləri onları tapmağa çağırıb.
İngilisdilli olduqları güman edilən turistlərin Romanın Venesiya meydanı ətrafındakı fəvvarələrin birində əylənərkən müşahidə edildiyi bildirilir.
Qeyd olunur ki, hadisə rus bələdçisi Maksim Maletski tərəfindən videoya alınıb və “Il Messaggero” qəzetinə bu barədə dərhal məlumat verib.
Yerli polislər qanunu pozan turistləri axtarıb tapmaq üçün əllərindən gələni etdiklərini söyləyiblər.
Roma qanunlarına əsasən, şəhərin tarixi meydanlarındakı fəvvarələrdə çimmək qadağandır.
K. HƏMZƏOĞLU
Etikxeber.az