Çin özünümüdafiədən hücuma keçir-BAXIŞ

Qərb mətbuatında Çin mövzusuna ara verilmir.

Əgər əvvəlki illərdə Çin yalnız iqtisadi gücünə görə xatırladılırdısa, hazırda bu ölkə əsasən koronavirus epidemiyası ilə əlaqələndirilir.

Yayınlanan yazılarda Pekinin informasiya savaşında aqressivləşdiyinə işarə edilir.

Məsələn, pandemiya məsuliyyətindən yayınmağa çalışan Çin virusun Amerikadan ixrac edildiyini iddia etməyə başlayıb. Öz növbəsində ABŞ kəşfiyyatı Çin və Rusiyanın dezinformasiya əməliyyatları arasında təəccüblü oxşarlıqlar tapıb.

Qərbin siyasi dairələrində Rusiya-Çin biriyinin epidemiya dövründə də özünü biruzə verdiyinə işarə edirlər.

Pekinin davranışını izah edə biləcək bir neçə məqam var. Çin, həftələrlə və bəlkə də aylarla virusun yayılmasını gizlətdi. Bu isə virusun yayılmasını sürətləndirdi. Qərbin siyasi dairələri bu gün də Pekinin virusla bağlı məlumatları tam açıqlamadığı qənaətindədir.

Təsadüfi deyil ki, virusun başladığı Vuhanda yoluxma halları yenidən qeydə alınır. Halbuki, Pekin Vuhanda virusun yox olduğunu elan etmişdi.

Qərb Çini onda ittiham edir ki, Pekin hələ də orijinal virusun nümunələrini – analiz və effektiv əks tədbirləri inkişaf etdirmək üçün əsas olan nümunələri paylaşmayıb.

Əməkdaşlığın olmaması Pekinin siyasətinə şübhələri artırır. Pekinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa maraq göstərəməməsi də Qərbin diqqətini çəkir.

Qərb mətbuatında yayınlanan son yazılara görə, virusun qeydə alındığı ilk günlərdə Çinin lideri Si Tsinpinin Ümumdünya Səhiyyə Təşkilatının liderinə telefon etdiyi və ondan pandemiya elan etməməyi xahiş edib.

Görünür, Çin lideri düşünürdü ki, virusu sirr saxlamaqla xəstəliyin üzərində qələbə çalacaqlar və həyəcana ehtiyac yoxdur.

Digər tərəfdən Si Tsinpin onu da anlayırdı ki, panmediya elan olunarsa məsələnin üstü açılacaq və virusun gizlədilməsinə və yayılmasına görə Pekinin beynəlxalq birlik qarşısında məsuliyyət daşıyacağı ortaya çıxacaq.

Pekinin planı alınmadı. Virusun qarşısı alınmadı və Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etmək məcburiyyətində qaldı. Bundan sonra Pekin birinci mərhələdə özünümüdafiəyə, ikinci mərhələdə isə hücum taktikasına üstünlük verdi.

Pekin ABŞ prezidenti Donalt Trampın ittihamları qarşılığında Amerikanı ittiham edən… cizgi film yayınladı və həmin filmdə Vaşinqtona bənd-bənd “cavab verildi”. Çinin milyonlarla turajı olan dövlət qəzetlərinin saytlarında həmin cizgi film günlərlə yayınlandı.

Bu film və Amerikaya qarşı informasiya savaşı Çində daxili auditoriyaya hesablanmışdı.

Çünki, beynəlxalq aləmdə Çinin informasiyalarına dezinformasiya kimi yanaşılır.

Təsadüfi deyil ki, Çin Dövlət Təhlükəsizliyi Nazirliyinə bağlı olan düşüncə mərkəzi – Çinin Müasir Beynəlxalq Münasibətlər İnstitutu, dünyada anti-Çin əhval-ruhiyyəsinin hər zamankından  yüksək səviyyədə olduğu qənaətinə gələn hesabat yayınlayıb.

Bu 1989-cu il “Tyananmen” meydanında baş verən qətliamdam sonra Çinə qarşı tənqidin ən zirvə nöqtəsidir.

Çin hakimiyyəti 1989-cu ildə islahat və dəyişiklik tələb edən tələbələrin etirazını ordu gücünə dağıtmışdı.

Rəsmi rəqəmlər açıqlanmasa da, beynəlxalq hesabatlarda qətliamda minlərlə günahsız insan öldüyü vurğulanmışdı.

O illərdə Qərb ölkələri Çin hakimiyyətini sərt tənqid edirdilər. Ancaq zaman keçdikcə, Qərb Çinlə iqtisadi əlaqələri inkişaf etdirməyin xatirinə Tyananmen olaylarını unutmağa başladı.

İndi isə virusun yayıldığı dönəmdə Qərb Çin hakimiyyətini 1989-cu ildə olduğu kimi sərt tənqid ritorikasına qayıdıb.

23:09, 14 may

“Atlas” Araşdırmalar Mərkəzi,

Etikxeber.az

Read Previous

Eldəniz Quliyev-MİLLİ ŞURADAN İSTEFA VERDİ

Read Next

“Gələcəkdə də ünvanlı dövlət sosial yardımı ilə bağlı daha növbəti yumşaldıcı addımların şahidi olacağıq”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir