“Cinayət cəzasız qalmayacaq” – Rusiyanın Azərbaycandakı səfirliyi

Rusiyanın Azərbaycandakı səfirliyi Ankarada səfir Andrey Karlovun öldürülməsi ilə bağlı bəyanat yayıb.

Etikxeber.az-ın məlumatına görə, bəyanatda deyilir ki, mürəkkəb bir dövrdə Rusiya-Türkiyə münasibətlərinin normallaşması prosesinə mühüm töhfə verən yüksək ixtisaslı diplomat, peşəkar və mehriban bir insan arxadan açılan atəşlə öldürülüb:

“Azərbaycanda işləyərək biz istənilən an xarici siyasi məsələlərin həllində Ankaradakı həmkarlarımız və şəxsən Rusiyanın Türkiyədəki səfirindən güclü dəstək və lazımi yardım göstərmək istəyini daim hiss etmişik”.
Cinayətin cəzasız qalmayacağına əminliyini vurğulayan Rusiyanın Azərbaycandakı səfirliyinin kollektivi hadisədən sarsıldığını ifadə edib və öldürülən diplomatın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Etikxeber.az

Read Previous

Türkiyə cinayətin arxasında dayananları üzə çıxarmağa borcludur – NAZİR

Read Next

Strateji müəssisələrin enerji təminatına dair güzəştli tariflər müəyyənləşdiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir