Cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkiliş aparılacaq

Millət vəkilləri isə qanunvericiliyə bununla bağlı edilən dəyişikliyi mənfi qarşıladılar

Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat keçirən orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq.

 Etikxeber.az Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 16-da keçirilən iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib.Təklif olunan əlavələrə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə etmək mümkün olacaq.

Müzakirələr zamanı deputatlar Çingiz Qənizadə və Rafael Cəbrayılov buna etiraz ediblər. Onlar bildiriblər ki, əməliyyat-axtarış zamanı hal şahidi faktının yığışdırılması obyektivliyə kölgə sala bilər: “Çünki bütün hallarda hal şahidi insan faktorudur və videoçəkiliş insanı əvəz edə bilməz”.

Komitə sədri Əli Hüseynli isə deyib ki, burada hal şahidinin iştirak etməsinə qadağadan yox, sadəcə, əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Yəni zərurət olduğu təqdirdə, hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək, amma bu məslə ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”.

Layihə müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Məhkəmə-Hüquq Şurası: 2017-ci ildə yüzədək namizəd hakim vəzifəsinə təyinat alacaq

Read Next

Hava yağmurlu olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir