Çingiz Əsgərov Ramiz Rzayevin müavini-OMBUDSMANLIĞA KEÇMİŞ NAMİZƏD İSƏ KOMMERSİYA KOLLEGİYASININ SƏDRİ TƏYİN OLUNDU…

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, sərəncama əsasən, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Ombudsmanlığa sabiq namizəd Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər.

Etikxeber.az

Read Previous

Daha 67 yoluxma faktı qeydə alındı-KORONAVİRUS DAHA 2 CAN ALDI…

Read Next

“Yoluxma sayı, karantindən çıxma məsələsi bizdən asılıdır…”-ZAUR ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir