Çingiz Qənizadə: “Hələ də televiziyalara bəzi ƏDV-lər tətbiq olunur…”

Azərbaycanda teleradio yayımı fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi icazə tələb olunan fəaliyyət növü hesab olunacaq.

Etikxeber.az xəbər verir ki,  Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub.

Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılır. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilir.

Müzakirələrdə çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır.

Millət vəkili Çingiz Qənizadə isə hələ də televiziyalara bəzi ƏDV-lərin tətbiq olunduğunu qeyd edib: “ Hansı ki televizyalar həmin ƏDV-lərdən azaddırlar”.

Layihə səsə qoyularaq qəbul olunub.

Etikxeber.az

Read Previous

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirildi

Read Next

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir