Çingiz Qənizadənin də namizədliyinə-“HƏ” DEYİLDİ

Daha bir bitərəf (müstəqil) millət vəkilinin-tanınmış hüquqşünas və hüquq müdafiəçisi Çingiz Qənizadənin deputatlığa namizədliyi qeydə alınıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkilinin özü məlumat verib.

Millət vəkili bildirib ki, namizədliyi 80 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək ki, millət vəkili növbəti dəfə təmsilçisi olduğu dairədən-80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkilərə qatılıb.

Ç. Qənizadə indiyə kimi iki dəfə millət vəkili seçilib-4-cü və 5-ci çağırış seçkilərdə.

O, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Eyni zamanda, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.

1992-93-cü illərdə Bakı şəhərinin prokuroru vəzifəsində çalışıb.

1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir.

Prezident İlham Əliyevin  Sərəncamı ilə  2017-cildə  Azərbaycan Respublikasının İctimai-siyasi həyatında fəal iştirakına görə “Söhrət” ordeni  ilə təltif edilib.

Parlamentin ən fəal və aktiv üzvlərindəndir.

Qeyd edək ki, 80 saylı dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP)  Muradov Rüfət Ehtiram oğlunun namizədliyini irəli sürüb.

Etikxeber.az

Read Previous

Qətiyyət rəğbət və heyranlıq yaradır… – RƏŞAD MƏCİD YAZDI

Read Next

Zahid Orucun müavini-YAP-IN NAMİZƏDİ QEYDƏ ALINDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir