Çingiz Qənizadə ilə Naqif Həmzəyev AŞPA-da… – YENİLƏNİB

Çingiz Qənizadə: AŞPA-dakı nümayəndə heyətinə daxil edilməyimdən dünən xəbər tutdum

Mənim adımı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə dünən daxil ediblər. Bu haqda dünən mənə məlumat verilib.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

cingizzzzzzzzzzzzzzzzzzzzz

naqif-1

Bu vaxta qədər həmin nümayəndə heyətində təmsil olunmadığını bildirən millət vəkili bunu ona göstərilən bir etimad kimi dəyərləndirib.

“Hələlik bu haqda geniş danışmaq istəmirəm. Hələ ki, tam dəqiq bilmirəm məni əsas, yoxsa, əvəzedici heyətə daxil ediblər. Çox güman ki, yaxın günlərdə nümayəndə heyətimiz bir araya gələcək və orada müzakirə, fikir mübadiləsi aparılacaq, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Bununla yanaşı, Ç. Qənizadə AŞPA tərəfindən fəaliyyətinə məhdiyyət qoyulan Səməd Seyidovun bundan sonra da Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi qalacağını və onun başqa şəxslə əvəzlənməyəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətində boşalan 2 yerdən digərinə isə hakim partiyadan-Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Naqif Həmzəyevin namizədliyi təsdiqlənib.

N. Həmzəyev də saytımıza açıqlamasında bu haqda geniş danışmağa ehtiyac olmadığını və sadəcə, ona göstərilən etimada görə parlament rəhbərliyinə öz minnətdarlığını ifadə edib.

Həmçinin, qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər və qanunvericiliyə görə, onlar bundan sonra millət vəkili (həm də AŞPA-dakı nümayəndə heyətinin üzvləri kimi) fəaliyyətlərini davam etdirə bilməzlər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Lənətləri əskik olmasın!” – DEPUTAT

Read Next

Adət-ənənələrimiz oxşardır… – NOVRUZ MƏMMƏDOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir