“Çingizin ruhu hər zaman aramızda olacaq” – MİLLƏT VƏKİLİ – FOTO

“Qəhrəman qardaşımız, şəhidimiz Çingiz Qurbanovun Qusarda son mənzilə yola salınmasında iştirak etdik. Azərbaycanımızın hər tərəfindən qəhrəman şəhidimizlə vidalaşmağa və onun ruhuna dualar oxumağa çoxlu sayda insanlar gəlmişdi”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.

O, qeyd edib ki,  bir ata və ananın övladı olaraq dünyaya gələn şəhid Çingiz Qurbanov dünyadan Millətin, Vətənin oğlu olaraq köçdü.

“Ruhu hər zaman aramızda olacaq. Qusarda şəhidimizlə vida mərasimində əziz ata və anasına “Siz artıq bütün millətimiz üçün əziz və dəyərlisiniz. Allah sizin kimi millətimiz üçün qəhrəman oğul və qızlar böyüdən ata-analarımızın sayını daha da bol eləsin. Hər zaman yanınızdayıq” dedik.

Allahdan şəhid qardaşımıza bir daha rəhmət diləyirik, məkanı cənnət olsun!”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Bu səfər Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasında böyük əhəmiyyət daşıyacaq” – Maroş Şevçoviç – FOTO

Read Next

Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət etdi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir