Cinsi azlıqlar… İnsan hüquqlarının “carçıları”…Qarabağ məsələsi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Milli, dini, irqi, cinsi…ayrı-seçkiliyə, dözümsüzlüyə, ksenofobiyaya qarşı olmuşam hər zaman…

Tanıyanlar, bilənlər bilir…

Hər kəs özünə görə insandır (söhbət insandan gedir), əməlinə, hərəkətinə, seçiminə, davranışına…görə də özü məsuldur, özü cavabdehlik daşıyır…

Öz seçimləri və günahları olmadan dünya cinsi azlıqlar kimi gələnlər də (sonradan nəyinsə xatirinə…cinsi azlığa baş vuranları nəzərdə tutmuram) ruhunu, mənəviyyatını, dəyərlərini satmışlardan qat-qat zərərsiz və əxlaqlıdırlar…

Onlara da digərləri kimi yaşamaq, sərbəst fəaliyyət göstərmək…hüquqları tanınmalı, yaradılmalıdır…

AMMA VƏ LAKİN…

Bu, nə şüvənlikdir, nə bəlağətdir, nə pafosdur…

32 ildən çoxdur ki, Qarabağ, işğal altındakı torpaqlarımız boyda dərdimiz, problemimiz var…

Hələ digər yurd yerlərimizi demirəm…

Son iki gündür cinsi azlıqları guya “müdafiə” adı altında, öz maraqları naminə özlərini lezvalayanlar, insan haqlarının “carçıları” olanlar…dünənə qədər söylədikləri “Qarabağ, vətən, millət…” və ya “İqtidar 27 ildir hara baxır, niyə torpaqlarımızı işğaldan azad etmir?…” “nəğmə”lərini nə tez unudurlar və unutdular???

Cinsi azlıqların müharibəyə, silaha…filana münasibətləri bəllidir…Hələ başqa məqamları demirəm…

Belə olan halda, “dəstəkləməyə”, stimullaşdırmağa çalışdığınız cinsi azlıqlarmı gedib o torpaqları qaytaracaq?

Bunun fərqindəsinizmi? Fərqindəsinizsə, niyə belə edirsiniz? Nəyi “müdafiə” etməyə, nəyi təbliğ etməyə çalışırsınız?

Özünüzə, kəndinizə gəlin bir az…

Gültəkin Hacıbəylini, Rafiq Manaflını…və digərlərini söyməklə, tənqid, təhqir atəşinə tutmaqla, yalançı insanpərvərliyinizi, saxta vətənpərvərliyinizi pərdələyə və gizlədə bilməyəcəksiniz…

Başqalarına hörmət qoymursunuz, heç olmasa, özünüzə, ətrafınıza hörmət qoyun və kənara çəkilin…

Kaş ki, Gültəkin xanımda olan vətənpərvərliyin və insanpərvərliyin yarısının yarısı sizlərdə olaydı…

Siyasətini, siyasi baxışlarını, seçimini bəyənməyə, tənqid bilərsiniz, heç kimə qadağa qoyulmayıb, hər kəs bunda azaddır…

Tam səmimi deyirəm, çox zaman bizim də fikirlərimiz üst-üstə düşmür, bir-birimizlə əks düşünürük…

Amma ortalığa atılan məsələdən istifadə edib onu vurmaq vicdandan və ədalətdən deyil!!!

Qarışmaq, müdaxilə də etmək istəmirdim gerçəkdən…

Amma gördüm ki, hər şey əndazəni tamam aşıb və aşmaqdadır…Olmaz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Özəl təhsil müəssisələri, ödənişli ali məktəblər şagirdlərdən və tələbələrdən təhsil haqqı tələb etməməlidirlər”-FƏZAİL AĞAMALINDAN ÖNƏMLİ TƏKLİF

Read Next

Qənirə Paşayeva Arif Quliyevlə görüşdü VƏ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir