“Çıxışlar ortada, fəaliyyət ortada, cinayət təqibi üçün əsas var, səbəb var, mən bir daha üzümü aidiyyatı qurumlara tutaraq, reaksiya xahiş edirəm…”-BƏHRUZ MƏHƏRRƏMOV

AŞPA-da erməni deputatların çıxışlarını yəqin ki, izlədiniz. Fikir verdinizsə o deputatların iddiaları və Azərbaycanda bəlli siyasi kəsimin rəhbər tutduğu tezislər bir çox istiqamətdə, məsələn, Hərbi Qənimətlər Parkı ilə bağlı yanaşmada tam eynidir. Kimsə düşünə bilər ki, erməniləri xəstə təfəkkür və məğlubiyyətin acısı danışdırır. Bəli bu da hardasa var. Lakin,AŞPA-nın özündə qərəzli mövqe, üstəlik bu iyrənc kampaniyaya Azərbaycandan da ənənəvi radikal kəsimin dəstək verməsi onu göstərir ki, tezislər eyni beynin mərkəzindən gəlir, bunlar eyni yerdən tapşırıq alır.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışında millət vəkili Bəhruz Məhərəmmov deyib.

Qeyd edib ki, hüquqşunaslar, xüsusən beynəlxalq hüquqçular təcrübədən yaxşı bilir, Hüquq müdafiə təşkilatları siyasi məqsəd güdən hansısa bir hesabat hazırlamaq istəyəndə, əvvəlcə konturlar müəyyənləşir.

“Bu gün Azərbaycanda o kəsimin səslənirdiyi iddialar, Azərbaycan əleyhinə gələcək hesabatların konturlarını özündə ehtiva edir. Hədəf də bəllidir, bu, Azərbaycan dövlətinə qarşı aşkar düşmənçilik fəaliyyətidir. Bizim Cinayət Məcəlləsində, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə —Dövlətə xəyanət hesab edilərək xüsusi ilə ağır cinayət kimi tövsif olunur. Çıxışlar ortada, fəaliyyət ortada, cinayət təqibi üçün əsas var, səbəb var, mən bir daha üzümü aidiyyatı qurumlara tutaraq, reaksiya xahiş edirəm. Çünki, bu, artıq siyasi mübarizə deyil, bu dövləti hədəfə almaq deməkdir, proseslər nəzarətə götürülmədikcə cəzasızlıq mühiti daha böyük problemə yol açır, toxunulmaz sayılan dəyərlər təhqir olunur”-deyə, o, bildirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Məsimli və Bəhruz Məhərrəmovdan-ŞƏHİD ADLARININ ƏBƏDİLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİFLƏR

Read Next

MM-in iclası-MUSA QULİYEV ZƏNGƏZURA DÖNÜŞDƏN, FAZİL MUSTAFA İCBARİ TİBBİ SIĞORTADAN, SİYAVUŞ NOVRUZOV SOSİAL ŞƏBƏKƏLƏRDƏN, İNSAN ALVERİNİN TƏBLİĞİNDƏN DANIŞDI, QÜDRƏT HƏSƏNQULİYEV POLİSLƏRİN MAAŞLARININ ARTIRILMASINI TƏKLİF ETDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir