Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.
Etikxeber.az-ın xəbərinə görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.
O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
***
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda mina hadisəsinin baş verməsi barədə məlumat yayıb.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, aprelin 12-də Laçın rayonu ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
“Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb”, – məlumatda deyilir.
Etikxeber.az